XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Mart 2018 - 15:21

ALDP sədri prezidentliyə namizədliyini geri götürdü –Sərdar Cəlaloğlunu dəstəklədi –BƏYANAT

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rəyasət Heyətinin iclasını keçirib.

Bu barədə ALDP mətbuat xidmətindən Strateq.az-a verilən xəbərdə deyilir ki, toplantıda çıxış edən Fuad Əliyev Mərkəzi Seçki Qərargahının (MSQ) imzatoplama kampaniyasında iştirak edən partiya üzvlərinə öz minnətdarlığını bildirib.

“İmzatoplama kampaniya uğurla keçdi. Biz bir daha subut etdik ki, partiyanın potensialı var və biz düz yol seçmişik. Bizim tərəfdarların sayı artır və bu bizə əlavə stimul verir”, -deyə ALDP sədri qeyd edib.

Daha sonra Fuad Əliyev seçkilərdə müxalifətin vahid mövqeyindən çıxış etməyini vacibliyini bildirib: “Hesab edirəm ki, əgər seçkilərdə iştrak edən ADP, VİP və Ağ partiya və seçkilərdə iştrak etməyən mexalif partiyalar vahid mövqeydən çıxış etsələr müxalifətin qələbəsinə nail olacağıq. Bu seçkilərdə VİP, Ağ partiya və ADP sədirlərinin iştirakına hörmətlə yanaşıram və onlara uğurlar arzulayıram. Baxmayaraq ki, biz lazım olan 45 min imzanı topladıq, təklif edirəm ki, müxalifətin birliyi naminə bu addımı ataq. Hesab edirəm ki, müxalifətin vahid namizədi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ola bilər və təklif edirəm ki, ALDP üzvləri bu seçkidə onu dəstəkləsinlər. Biz seçkidə iştirakımızı dayandırmırıq, əksinə, ADP ilə birlikdə davam edirik. İkinci təklifim var. Seçkidə iştrak edən və iştrak etməyən partiyalara müxalifətin vahid mövqeyindən çıxış etmək üçün müraciət qəbul edək”.

Müzakirələrdən sonra ALDP sədrinin təklifi qəbul olunub.

Rəyasət Heyətinin qərarı ilə ALDP növbədənkənar prezident seçkilərində ADP sədri Sərdar Cəlaloğlunun namizədliyini dəstəkləyəcək. Toplantıda müxalifət partiyalarına müraciət qəbul qəbul olunub. Müraciətdə növbədənkənar prezident seçkilərinə qatılan və qatılmayan müxalifət partiya liderləri, müxalifyönlü seçicilər ADP sədri S.Cəlaloğlunun vahid namizədliyini dəstəkləməyə çağırılır. Bildirlir ki, müxalifətin qələbəsi həm birliyindən, həm də uğurlu şəxsin vahid namizəd seçilməsindən asılıdır. Bu uğurlu namizədin isə ALDP ADP sədri S.Cəlaloğlu olduğunu hesab edir.