XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

14 Mart 2018 - 19:31

Dmitri Kumsişvili:“Gürcüstan baş nazirinin Azərbaycana səfərinin müsbət nəticələrini yaxın vaxtlarda görəcəyik”

“Azərbaycana səfərimiz çox məhsuldar oldu. Bakıda Azərbaycan Prezidenti və digər rəsmi şəxslərlə təkcə region deyil, bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə etdik”.

Bu fikirləri “Report”un yerli bürosuna Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili hökumət başçısı Giorgi Kvirikaşvilinin Azərbaycana səfərinin nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə olduqca məhsuldar görüşlər keçirilib: "Bu görüşlərdə qlobal enerji, nəqliyyat və infrastruktur layihələri, regional və qlobal təhlükəsizlik məsələləri barədə səmərəli danışıqlar apardıq. Nəticələr çox müsbətdir və mən bu səfəri tarixi səfər adlandırıram. Səfərin müsbət nəticələrini və bəhrəsini çox yaxın vaxtlarda görəcəyik”.