XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Mart 2018 - 17:44

“İnanıram ki, bundan sonra da birgə səylər göstərəcəyik” –İlham Əliyev Merkeli təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə təbrik məktubu ünvanlayıb.

Strateq.az həmin təbrik məktubunu təqdim edir:

"Hörmətli xanım Federal Kansler,

Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı məmnunluq doğurur.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".