XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

15 Mart 2018 - 20:46

Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirib –Cavad Zərif açıqladı

Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirib. İran vətəndaşları Azərbaycanda hava limanında viza alacaq.

Strateq.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, bu barədə martın 15-də İran xarici işlər naziri Cavad Zərif Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Zərifin sözlərinə görə, İran vətəndaşları Gürcüstan ərazisinə vizasız daxil olur.

Nazir hesab edir ki, viza rejiminin sadələşdirilməsi region xalqları arasında əlaqələrin genişlənməsinə təkan verir, turizm, biznes əlaqələri inkişaf edir.

"Bu oxşarlıq dörd ölkəni bir-biri ilə bağlayır və bizim əməkdaşlığımız regionda sülh və sabitliyin bərqərar olmasına gətirib çıxaracaq," – deyə Azərbaycan, Türkiyə, Gürcüstan, İran arasında mədəni, tarixi, cografi əlaqələrin olmasına toxunan Zərif  bildirib.

Xatırladaq ki, İran da Türkiyə kimi bir neçə il öncə Azərbaycanla viza rejimini ləğv edib. Azərbaycan isə bəzi kateqoriyaya aid şəxslər istisna olmaqla, bu ölkələrlə viza rejimini ləğv etməyib.