XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

16 Mart 2018 - 13:16

Artur Rəsizadə Milli Məclisdə çıxış etdi:“Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dönüşə nail olunmayıb”

Təəssüflə qeyd etməliyəm ki, ötən illər ərzində Ermənistan və Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında baş naziri Artur Rasizadə hökumətin ötən il üzrə hesabatını təqdim edərkən deyib. Baş naziri bildirib ki, bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişəni uzatmağa çalışmasıdır: "Dövlət başçısı hər zaman bu problemi nəzarətdə saxlayır, beynəlxalq tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllini tələb edir. Ali Baş Komandanın rəhbərliyi ilə hərbi gücümüzü durmadan artırırıq, ordunu müasir hərbi sursatlarla təmin edirik. Müdafiə sənayesinin inkişafı üçün bu sahəyə ayrılan vəsait 13,5 dəfə artırılıb,” – deyə A.Rasizadə qeyd edib. (APA)