XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 Mart 2018 - 19:05

Qabil Hüseynli:“Bu səfər Qafqaz regionundakı sakitliyə böyük zərbə olacaq”

“Status-kvonun əleyhinə çıxan, sülh proseslərini inkişaf etdirmək istəyən, bölgədə əmin-amanlıq yaratmaq çağırışları ilə çıxış edən ABŞ-ın separatçı rejimin başçısına qucaq açması həm ikili standartın göstəricisi, həm də böyük biabırçılıqdır”.

Bu sözləri Publika.az-a politoloq Qabil Hüseynli qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakyanın ABŞ-a qeyri-qanuni səfər etməsi məsələsinə şərh edərkən deyib. Politoloq bildirib ki, bu səfər regiondakı sakitliyə böyük zərbə olacaq: "Çünki Minsk Qrupunun həmsədrlərindən biri olan, separatçılığa qarşı NATO-nun Varşava sammitində çıxış edən, ən önəmlisi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkə birdən-birə belə bir addım atır. Bu səfərin təşkil edilməsi, ümumiyyətlə, ABŞ-ın belə bir səfərə icazə verməsi beynəlxalq hüquq normalarına ziddir. Habelə postsovet məkanındakı münaqişələrin həlli ilə bağlı ABŞ-ın və ATƏT-in müdafiə etdiyi prinsiplərə uyğunlaşmır. Çünki beynəlxalq hüquq normaları dövlətlərin ərazi bütövlüyünün təmin edilməsini, II Dünya Müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişdirilməsinə cəhd göstərilməsinin qətiyyətlə pislənməlisini tələb edir”.

Qabil Hüseynli daha sonra sözlərinə belə davam edib: “Eyni zamanda Xarici İşlər Nazirliyi Amerika səfirliyinin nümayəndəsini dəvət edib bu barədə izahat istəməlidir. Çünki Bako Saakyanın səfəri Azərbaycana qarşı təxribatdır. Sözsüz ki, belə səfərlərin təşkil edilməsi Azərbaycan-ABŞ münasibətlərinə pis təsir göstərəcək. Çünki biz belə hərəkətlərdən özümüz üçün ciddi nəticələr çıxarırıq. ABŞ “Mövcud status-kvonu dəyişdirmək lazımdır”, “sülh danışıqları prosesini intensivləşdirmək lazımdır” deyir, ancaq digər tərəfdən də bölgədəki münaqişələrin altına dinamit qoyur”.