XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Mart 2018 - 21:00

Daha bir KQB casusu danışdı:"Skripalla birgə sui-qəsd hədəsi almışdım"

Bir ay öncədən Skripalla birgə öldürüləcəyim barədə mənə təhdidlər gəlirdi.

Axar.az xəbər verir ki, bunu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş casusu və hazırda Yeni Zelandiyada yaşayan Boris Karpiçkov söyləyib. “Nyu Zealand Herald” qəzetinə açıqlama verən eks-casus məlumatı etibarlı mənbədən aldığını, amma o qədər ciddi yanaşmadığını bildirib. O, Skripalla tanış olmadığını, amma ona qarşı hücumu Rusiya xüsusi xidmət orqanları əməkdaşlarının həyata keçirdiyini deyib.

Qeyd edək ki, Karpiçkov Rusiyanın Latviyadakı casusu olub. 1995-ci ildən sonra o, Latviya xüsusi xidmət orqanlarına məlumat ötürməyə başlayıb. 1998-ci ildə onun ikili casus olduğunu Rusiya ifşa edib və nəticədə Karpiçkov Londona qaçıb. 2006-cı ildə aldığı hədələr ucbatından Karpiçkov Yeni Zelandiyaya gedib.