XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

17 Mart 2018 - 00:00

Naxçıvanda seçicilərin sayı açıqlanıb –MSK

Bu ilin 11 aprelində ölkəmizdə keçiriləcək prezident seçkilərində səsvermə hüququ olan Naxçıvan Muxtar Respublikası vətəndaşlarının sayı açıqlanıb.

"Report" Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, muxtar respublikada seçicilərin ümumi sayı 262874 nəfərdir. Onlardan 129484 nəfəri (49,3%) kişi, 133390 nəfəri isə (50,7%) qadındır. Muxtar respublikada 1368 nəfər bu ilki seçkilərdə ilk dəfə səs verəcək. Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri 125 seçki dairəsində keçiriləcək. Bu dairələrdən 7-si Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.