XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

17 Mart 2018 - 17:03

MSK komissiya yaradıb- Prezidentliyə namizədlərə ayrılacaq efir vaxtının bölgüsü üçün

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda aprelin 11-nə təyin edilən Prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə Püşkatma Komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, bu il də İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən namizədlərə ödənişsiz efir vaxtı ayrılacaq: "Bu müddət 3 saat televiziya, 3 saat radioda olmaqla 6 saat təşkil edəcək". 

Püşkatma MSK-nın martın 19-da keçiriləcək iclasında olacaq. Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayacaq.