“Builki Prezident seçkiləri ilə əlaqədar 17 beynəlxalq təşkilatlardan 115 müşahidəçi MSK-da qeydiyyatdan keçib”.
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiyanın bugünkü iclasında deyib.
O bildirib ki, seçkiləri izləyənlər arasında 36 ölkənin təmsilçiləri olacaq: “MSK-da qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 615, dairələrdə isə bu rəqəm 42 minə yaxındır”.