XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

19 Mart 2018 - 15:14

Ayaz Mütəllibov Rusiyadakı seçkilərdən danışdı:“İnşallah, sonucu bizə mənfi təsir göstərməsin”

“Rusiyada da seçkilər baş tutub, Putin qalib gəlib. Təki bu, region, dünya üçün uğurlu olsun. İnşallah, sonucu elə olsun ki, bizə də mənfi təsir göstərməsin. Hələlik Rusiyanın ABŞ-la, o cümlədən Britaniya ilə münasibətləri  kritik bir həddə çatıb. Bu da Azərbaycan üçün, Qarabağın azadlığı üçün ümidverici hal deyil”.

Bu sözləri Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Rusiyada prezident seçkilərinin nəticələrini moderator.az-a şərh edərkən deyib.   

Ərdoğanın Afrindəki, Putinin isə seçkilərdəki qələbələrinin yaxın gələcəkdə Qarabağ məsələsinin ədalətli həllinə də müsbət təsir göstərə bilməsi ehtimalı varmı?” sualına isə eks-prezident belə cavab verdi: ”İnanmıram… Çünki əsas məsələ supergüclərin, aparıcı dövlətlərin maraqlarının toqquşması və ya uyğunlaşmasından asılıdır. İndiki şəraitdə dediyimiz kimi, uyğunlaşma, ortaq məxrəcə gəlinməsi istiqamətində proseslər, demək olar ki, görünmür. Tutaq ki, Qarabağ məsələsində hər hansı bir tərəf, məsələn, Moskva situasiyanı ələ alıb məsələni həll etməyə çalışan kimi qarşı tərəf -ABŞ öz maraqlarının tapdandığını hesab edərək ona müqavimət göstərir, məsələnin həllinə imkan vermir. Və bu minvalla, təəssüf ki, proses on illərlə uzanır.”

Onun sözlərinə görə,  torpaqların azad edilməsi üçün öncə öz gücümüzə, fərasətimizə və birliyimizə arxalanmalıyıq: “Kənardan kiminsə bizə kömək edəcəyinə arxayın olmaq – bu, yanlış bir mövqedir. Bunu zaman da göstərməkdədir…. Ən başlıca amillərdən də biri də daxildə barışığa nail olmaq, yersiz ziddiyyətləri aradan qaldırmaqdır”.