XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

19 Mart 2018 - 19:04

Mövlud Çavuşoğlu yenə Azərbaycana gəlir

Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana gələcək.

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, o, aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransına qatılacaq. Qeyd edək ki, Türkiyə Qoşulmama Hərəkatının üzvü deyil.

Xatırladaq ki, M. Çavuşoğlu martın 15-də Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən ilk dördtərəfli görüşündə və VI Qlobal Bakı Forumunda iştirak edib.