XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2018 - 09:00

Tramp Rusiya və İranın düşməni olan siyasətçini özünə müşavir təyin etdi –Sabiq səfir Bolton Azərbaycan haqqında nə deyib?

 

 

ABŞ prezidenti Donald Tramp təhlükəsizlik üzrə müşaviri Herbert Makmasteri istefaya göndərib.

Trend-in məlumatına görə, ABŞ lideri bu barədə öz Tvitter hesabında yazıb. Makmasteri ABŞ-ın BMT yanında keçmiş daimi nümayəndəsi Con Boltonun əvəz edəcəyi bildirilir: "9 aprel 2018-ci il tarixindən etibarən Con Boltonun təhlükəsizlik üzrə yeni müşavirim olacağı barədə xəbər verməyə şadam. General Makmasterə gördüyü işlərə görə minnətdarlığımı bildirirəm", – deyə o öz Tvitter hesabında yazıb.

Strateq.az bildirir ki, İran və Rusiya əleyhinə kəskin münasibəti ilə tanınan Bolton 2005-2010-cu illərdə ABŞ-ın BMT-də səfiri olub. O, dəfələrə prezident Obamanı  bu ölkələrə qarşı yumşaq davranmaqda ittiham edib. Con Bolton ötəni ilin fevralında ABŞ-ın “Wall Street Journal” qəzetinə müsahibəsində İranla bağlanmış nüvə sazişini pisləyib: “Bu sazişin Amerika tərəfindən imzalanması strateji bir səhvdir. Bu saziş, eləcə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsi, İranın raket proqramının və onun ballistik raket sınaqlarının qarşısını ala bilməyib. Məhz buna görə də düşünürəm ki, Tramp İranla bağlı tonunu daha sərtləşdirməli, bu sazişi cırıb atmalıdır”.

Bolton öz çıxışlarında həmçinin ABŞ-ın Azərbaycana diqqətini artırmağa çağırıb. Səfir Rusiyanın postsovet məkanında nufuzunun bərpa etmək cəhdlərinə qarşı çıxıb. Bolton qeyd edib ki, ABŞ Azərbaycana əhəmiyyətli dəstək və diqqət verməyə hazır olmalıdır.