XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

23 Mart 2018 - 12:49

Tramp sabiq vitse-prezident Baydeni ələ saldı:“Onu yerə çırpıb ağladardım...”

ABŞ prezidenti Tramp bildirib ki, qarşısına çıxsa, sabiq vitse-prezident Co Baydeni döyüb ağladardı…

Strateq.az-ın məlumatına görə, prezident bu sözləri Tvitter səhifəsində yazıb. Tramp  bununla da Baydenin onun haqqında dediklərinə cavab verib.

 “Ağılsız Co Bayden özünü “vurub-yıxan oğlan” kimi göstərmək istəyir. Əslində isə o, həm psixi, həm də fiziki baxımdan zəifdir. Bununla ikinci dəfədir ki, məni fiziki hucumla hədələyir. O, məni tanımır. Qarşımda olsaydı, sürətlə yerə sərilər və ağlayardı. Co, camaatı hədələmə!” – deyə prezident yazıb.  

Xatırladaq ki, Bayden CNN-ə müsahibəsində deyib ki, Trampı qadınlara hörmətsizliyinə görə, məktəbin idman zalına salıb yaxşıca əzişdirərdi.