XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

29 Mart 2018 - 23:28

“Rusiya yeganə mümkün cavabı verdi, ancaq ABŞ-ın Kremlə daha bir zərbə vuracağı gözləniləndir” –Rusiyalı senator

ABŞ diplomatlarının ölkədən çıxarılması və konsulluğun bağlanması Rusiyadan ABŞ-a verilməsi mümkün olan yeganə cavabdır.

Bunu rusiyalı senator Aleksey Puşkov 60 ABŞ diplomatının ölkədən çıxarılmasını şərh edərkən bildirib.

"Rusiyanın bu addımı atacağı Vaşinqtonda gözlənilmirdi. ABŞ-ın Rusiyanın aktivlərinə həbs qoymaqla Kremlə daha bir zərbə vuracağı istisna edilmir", – Puşkov qeyd edib.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Skripal işi"nə görə Qərbə cavab olaraq 60 xarici diplomatın ölkədən çıxarılacağını bildirib/Teleqraf.com.