“Təəssüf ki, Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarlarının qəbirlərinin açılaraq araşdırılması zamanı bəziləri Stepan Şaumyanın müdafiəsinə qalxdılar”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat, tarixçi alim Yaqub Mahmudov bildirib. ”Araşdırma zamanı Şaumyanın o qəbirdə olmadığı aşkarlanıb. Biz bunu dünyaya bildirdik. Amma təəssüf ki, bəziləri dərhal Şaumyanın müdafiəsini təşkil edərək bunu ört-basdır etmək istədilər. Bu səbəbdən həqiqəti tam olaraq bəyan edə bilmirik”.