XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2018 - 18:57

Tofiq Zülfüqarov:“Qərbin müştərək təzyiqinə Rusiya sona qədər tab gətirə bilməyəcək”

Rusiya və Qərb dövlətləri arasında yaşanan diplomatik gərginlik getdikcə artmaqdadır. Hansı ki, bu gərginliyin iqtisadi və digər müstəviləri də əhatə edəcəyi gözlənilir. Maraqlıdır, Rusiya və Qərb arasında yaşanan gərginlik Rusiyanın Ermənistana dəstəyinin zəifləməsinə, Qarabağ probleminin həllində yeni şans və imkanların meydana çıxmasına səbəb ola bilərmi?

Moderator.az -a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hər şeyin proseslərin gedişatından asılı olacağını vurğuladı: “Rusiya və Qərb arasında qarşıdurma həmişə olub. İndi isə bu qarşıdurma bir qədər də kəskinləşib. Bunun hansı nəticə verəcəyini qabaqcadan demək çətindir. Lakin hesab edirəm ki, seçkilərədn sonra real vəziyyəti nəzərə alaraq Rusiya öz xarici siyasətində təzyiq altında bəzi dəyişikliklərə gedəcək. Rusiya üçün ayrı yol yoxdur. Qərb ölkələrinin müştərək təzyiqinə Rusiyanın indiki məqamda sona qədər tab gətirməsi mümkün deyil.

Sovet İttifaqı da soyuq müharibədə uduzmuşdu. İndi bu prosesin yenidən təkrarlanması Rusiyanın xeyrinə deyil. Onu da nəzərə almaq lazımdır ki, Sovet İttifaqına nisbətən Rusiya iqtisadi-hərbi baxımdan daha zəifdir.

Rusiyaya qarşı əsas iradlardan biri ondan ibarətdir ki, Rusiya öz qonşularına həddindən artıq təsir göstərməyə çalışır. Qərblə Rusiya arasında böhranın yaranmasının əsas səbəblərindən biri də bununla bağlıdır. Əgər proseslər yuxarıda qeyd etdiyim yöndə cərəyan etsə, Qarabağla bağlı da Rusiyanın xarici siyasətində düzəlişlərin edilməsi istisna deyil”.