XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2018 - 16:04

Aydın Mirzəzadə:"Ermənistanda şovinizm siyasəti dövlət siyasəti səviyyəsindədir"

 

Ermənistanda qatı millətçilik siyasəti dövlət siyasəti səviyyəsindədir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, xarici nüfuzlu təşkilatın apardığı rəy sorğusu da onu göstərir ki, erməni millətçiliyi, ermənilərin digər xalqlara qarşı aqressivliyi sərhəd tanımır. Onlar nəinki azərbaycanlılara və digər müsəlmanlara qarşı, eyni zamanda, yəhudilərə qarşı çox aqressivdirlər:

”Bunun nəticəsidir ki, bu gün Ermənistan əhalisi, demək olar, 100 faiz yalnız ermənilərdən ibarətdir. Onların faciələrinin də kökü məhz bundadır. Digər xalqlara dost münasibəti bəsləməyən ermənilərin qatı millətçilik siyasəti rəsmi dövlət siyasəti həddinə çatdıqda artıq ölkə inkişafdan qalır, onun siyasi nüfuzu düşür. Bu zaman da həmin ölkədəki mədəniyyətdən, inkişafdan danışmağa dəyməz”.

Bəşəriyyətin zaman keçdikcə erməni millətçilərinin iç üzünü tanımağa başladığını deyən A.Mirzəzadə hesab edir ki, biz bundan sonra da nəticəsi belə olan araşdırmaların şahidi olacağıq.

Xatırladaq ki, “Pew Research Center” Tədqiqat Mərkəzinin Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində bir il ərzində apardığı sosial sorğunun nəticələrinə görə, Ermənistan Mərkəzi və Şərqi Avropa dövlətləri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunub.