XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2018 - 21:00

Eks-spiker Rəsul Quliyev:“Ayaz Mütəllibov tipli birisini hakimiyyətə gətirməyə cəhd edəcəklər"

“Putin psixi xəstədir. O, bu günə qədər imperiya xəstəliyindən qurtara bilməyib, Sovet imperiyasını bərpa etmək ən böyük arzusudur”.

Bu sözləri Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev ovqat.com saytına müsahibəsində deyib.

Eks-spiker əlavə edib ki, Putin Azərbaycan dövləti üçün ən böyük təhlükədir: “Məsələn, Krımı işğal etmək, Donbas və Luqanskda Ukraynaya qarşı müharibə etməklə, Putinin Rusiya Federasiyasına, onun vətəndaşlarına vurduğu ziyan fantastikdir. Heç bir ağlı başında olan insan ərazisinin 90 faizinin 100 illərlə boş qalacağını bilə-bilə kiçik əraziləri işğal etməklə, ölkəsini bu səviyyədə izolyasiyaya salmazdı. Ona görə Rusiya həmişə olduğu kimi, bu gün də Azərbaycan üçün ən təhlükəli dövlətdir. Ölkəni işğal etməkdən çox, ləzgi, talış və erməni faktorlarından istifadə etməklə, Mütəllibov tipli birisini hakimiyyətə gətirməyə cəhd edəcəkdir. Ancaq Suriyadan fərqli olaraq, Azərbaycanın qonşuları İran və Türkiyənin reqionda öz maraqları var və bu, rusları açıq təcavüzdən saxlayan faktorlardır”.

R.Quliyev deyib ki, Qərb ölkələri də Rusiyanın Azərbaycanı işğal etməsi cəhdinə qətiyyətli müqavimət göstərər.

AzPolitika.info