ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanı tərk edib.
APA-nın məlumatına görə, o, diplomatik xidmətini başa vuraraq ölkəsinə qayıdıb.
Keçmiş səfir təqaüdə çıxmağa qərar verib. R. Sekuta Azərbaycanda səfir kimi 2015-ci ilin fevralından fəaliyyət göstərib. ABŞ-ın Azərbaycandakı səfiri postuna hələlik təyinat olmayıb.