XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2018 - 15:58

Fələstinin xarici işlər naziri Azərbaycana səfər edəcək

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bu yaxınlarda Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Fələstinin Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, nazir Bakıda Qoşulmama Hərəkatının XİN rəhbərlərinin aralıq konfransında iştirak edəcək.

Qeyd edək ki, 5-6 aprel 2018-ci il tarixində Azərbaycan paytaxtında “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək. Nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçiriləcək.Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər.

Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək nazirlər toplantısına 800-dən artıq iştirakçı qatılacaq.