Hindistanın xarici işlər naziri Suşma Svarac 4 aprel tarixində Azərbaycanda rəsmi səfərdə olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Suşma Svaracın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü və Qoşulmama Hərəkatının Nazirlər Konfrasında iştirakı nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Hindistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.