Niderland Krallığında Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş bir sıra tədbirlər keçirilib.
Strateq.az-a Səfirlikdən verilən məlumata görə, bu ölkədə üç gün ərzində davam edən silsilə tədbirlərə Azərbaycanın Niderlanddakı səfiri Mir-Həmzə Əfəndiyev, Milli Məclisin deputatları Zahid Oruc, Sahib Alıyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Xəzər Emin, Hollandiya Türkləri Konseyinin İdarə heyətinin üzvü Ahmet Kaya, Hollandiya Tükrləri Konseyi başqanı Mustafa Cingöz, Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi başqanı İlhan Aşkın, Milli Məclisin keçmiş üzvü Həvva Məmmədova və Avrasiya Vəqfi Başqanə Fatma Aktaş qatılıblar.
Strateq.az xəbər verir ki, birinci tədbir 26 fevral 2015-ci il tarixində Haaqa şəhərində yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edilməsi və abidə önünə əklillər qoyulmasıyla başlayıbr.
Daha sonra Niderland Krallığının parlamentinin binasında “Nieuwspoort” Beynəlxalq Mətbuat Mərkəzində “Light a Fire to Fight the Liar!” (Yalanla Mübarizə üçün Alov Yandır!) adlı fotosərginin açılış mərasimi baş tutub.
Sərginin açılışı zamanı Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb, tədbirin keçirldiyi məkanda “Light a Fire to Fight the Liar!” şüarına uyğun olaraq şəhidlərin xatirəsinə şamlar yandırılıbr.
Heydər Əliyev Fondu tərəfindən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində hazırlanmış tematik kitab, broşur, jurnal, poster və digər təbliğat materialları iştirakçılara paylanılıb.
Növbəti tədbir Niderland parlamentinin qarşısında, “Plein” meydanında baş tutub. Belə ki, meydanda çadır qurulmuş, yerli ictimaiyyətə Xocalı soyqırımının tarixçəsi, ermənilər tərəfindən törədilmiş vəhşiliklər haqqında məlumat verilib.
Bundan başqa sərgiyə gələn ziyarətçilərə təbliğat materialları paylanılıb və onlar bu dəhşətli soyqırımın dünyada tanınması məqsədilə müvafiq petisiyanı imzalamağa dəvət olunub.
Elə həmin gün Ermənistannın Niderlandakı Səfirliyi qarşısında 200 nəfərin iştirakı ilə dinc aksiya keçirilib. Ermənistan səfirliyindən Azərbaycanın Niderlandakı Səfirliyi binasına qədər yürüş təkil olunub və yürüş iştriakçılarından bir qismini ölkəmizin Niderlanddakı səfiri Mir-Həmzə Əfəndiyev qəbul edərək, onlarla müəyyən müzakirələr aparıb.