XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2018 - 16:42

Rasim Musabəyov:“Bizim NATO-nu bura gətirmək niyyətimiz yoxdur, Rusiya sakit olsun” – MÜSAHİBƏ

 

Aprelin 5-də Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin konfransı keçirilir. Konfransda 120 üzv ölkədən nümayəndə heyəti iştirak edir, bir çox ölkələr xarici işlər nazirləri səviyyəsində təmsil olunur.

2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII  Zirvə toplantısına ev sahibliyi edəcək, 2019-2022-ci illər ərzində Hərəkata sədrlik edəcək. Milli Məclisin deputatı Rasim Musabəyov “Amerikanın Səsi”nə müsahibəsində Azərbaycanın bu hərəkata üzvlüklə bağlı öz fikirlərini bölüşüb.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

-Azərbaycanda Qoşulmama Hərəkatı çərçivəsində nazirlər səviyyəsində konfrans keçirilir. Bu konfransın əhəmiyyəti nədir?

-Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, 120 dövlətin nümayəndələri Bakıda toplaşacaqlar. Bunların 70-i xarici işlər nazirləridir. O cümlədən orada çoxlu məsələlər var ki, sonra müzakirə olunan məsələlərin əksəriyyəti BMT-nin Baş Assambleyasının gündəliyinə gedib çıxır. Qoşulmama Hərəkatın 120 üzvü var. Bu da BMT üzvlərinin demək olar ki, tam əksəriyyətini təşkil edir. Azərbaycanın ev sahibi kimi öz problemini gündəliyə gətirmək, Azərbaycanı narahat edən Dağlıq Qarabağ probleminə diqqəti cəlb etmək imkanı var. Sədrlik Azərbaycana keçir. Hərəkatda nə katiblik, nə idarə heyəti, nə icra aparatı var. Yəni üç il müddətində sədrlik Azərbaycanda olacaq. Təbii ki, biz çalışacağıq maraqlarımızda olan məsələlərə diqqət cəlb edək. BMT Baş Assambleyasında bizim işğal olunmuş ərazilərlə bağlı məsələ gündəlikdədir və bunu bir daha aktuallaşdırmağı düşünürəm, bu imkandan istifadə edəcəyik.

– Azərbaycanın bu hərəkatın üzvü olması ona xarici siyasətdə hansı üstünlüklər yarada bilər?

– Söhbət üstünlüklərdə deyil. Yəni Türkmənistan gedib özünü neytral elan edir. Indi kimlərsə öz konstitutsiyasında da ərazilərində hərbi bazaların olmaması ilə bağlı öhdəliklər götürür. Neytrallıqla bağlı öhdəliklər götürülür. Moldovada da buna bənzər bir şeylər var. Azərbaycan belə qərarları konstitusiya vasitəsilə etməyib. Ancaq Qoşulmama Hərəkatının üzvlük müəyyən mənada Azərbaycanın heç bir bloklara qoşulmaq niyyətinin olmadığı və öz ərazisində xarici ölkələrin hərbi bazalarının saxlanmasına yol vermək istəmədiyini dəqiqləşdirən öhdəlik kimi görünə bilər. Bildiyiniz kimi Rusiya buna çox xor baxır. Tutalım NATO ilə yaxınlaşmaq. Bunu Gürcüstan, Ukrayna nümayiş etdirdi və onlar üçün ağır nəticələrə gətirib çıxardı. İran, Azərbaycanın qonşuları NATO ilə əlaqələrə olduqca pis baxır. Azərbaycan Qoşulmama Hərəkatına üzvlüklə müəyyən mənada o qorxulara cavab verib.

-Azərbaycan eyni zamanda öz ərazilərini qaytarılmasını, suverenliyinin bərpası uğrunda mübarizə aparır. Belə bir şəraitdə Ermənistanda hərbi bazalar olduğu bir şəraitdə Azərbaycanın bu hərəkata üzv olması bu münaqişənin həllinə nə dərəcədə kömək edə bilər?

-Hər bir halda, mən görmürəm ki, kimsə qolunu çırmalayıb, NATO olsun, kollektiv təhlükəsizlik müqaviləsi olsun, Azərbaycanın müdafiəsinə qalxsın. Biz bunu görümürük. Belə olan halda təkrar edirəm, Rusiyanı sakitləşdirmək üçün belə bir hərəkata üzvlük cavab verir. Biz əl -qolumuzu bağlamırıq, sabah hansısa dövlətlə hərbi müqavilə bağlaya bilərik. Ancaq müəyyən mənada bu bir beynəlxalq təminatdır ki, bizim NATO-nu bura gətirmək niyyətimiz yoxdur və bu baxımdan Rusiya sakit olsun.