XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2018 - 14:04

MDB PAA-nın beynəlxalq müşahidə missiyası Bakıya gələcək- Aprelin 8-də

MDB Parlamentlərarası Assambleyasından (PAA) olan beynəlxalq müşahidə missiyası Azərbaycan Prezidenti seçkilərini müşahidə etmək üçün aprelin 8-dən başlayaraq Bakı şəhərində olacaqlar.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı Filialından Trend-ə verilən məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan Respublikaları və Qırğız Respublikasından olan deputatlardan ibarətdir. Bundan əlavə beynəlxalq müşahidəçilər missiyasına MDB PAA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri 11 aprel 2018-ci il tarixində keçiriləcək Azərbaycan Prezidenti seçkilərini müşahidə etmək üçün Bakı şəhərində və respublikanın bölgələrində olacaqlar.

Həmçinin beynəlxalq müşahidəçilərin Milli Məclis, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PAA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər.