XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

07 Aprel 2018 - 17:40

Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib- Qurultay yekunlaşdı

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) V qurultayı keçirilib.

APA-nın xəbərinə görə, Qüdrət Həsənquliyev partiyaya sədrlik etdiyi dövrdə görülən işlər, qarşıda duran vəzifələr barədə hesabat xarakterli çıxış edib.

O, BAXCP-nin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etdiyini qeyd edib.

Qurultayda BAXCP Ali Məclisinin sədri Vaqif Abışov, Mərkəzi Nəzarət Təftiş Komissiyası sədri Yeganə Mehdibəyli, İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev, partiya sədrinin müavinləri – Niyaməddin Orduxanlı və Elçin Mirzəbəyli çıxış ediblər.

Sonra BAXCP sədrliyinə seçkilər keçirilib. Q. Həsənquliyev yenidən partiyanın sədri seçilib.