XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

09 Aprel 2018 - 13:44

ALDP sədri Fuad Əliyev:“Ehtimal var ki, növbədənkənar parlament seçkiləri keçirilsin”

 

 Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

Bu barədə partiyanın mətbuat xidmətindən Strateq.az-a məlumat verilib. İclasda növbədənkənar preziden seçkiləri, qarşıdan gələn bələdiyyə və parlament seçkiləri müzakirə olunub. “Biz qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə hazırlaşmalıyıq. Belə bir ehtimal var ki, növbədənkənar prezident seçkilərindən sonra növbədənkənar parlament seçkiləri keçirilsin. Biz buna hazır olmalıyıq və indidən seçkilərdə iştirak edən namizədləri müəyənləşdirməliyik” – Fuad Əliyev qeyd edib.

ALDP sədri növbədənkənar prezident seçkilərində Azərbaycan Demokrat Partiyası adından iştrak edən vəkilərin və müşahidəçilərin seçki günü qanun pozuntuları olduğu halda, qanun çərçivəsində qeydlərin aparılmasını və ADP seçki qərargahına operativ məlumatlandırmağı tapşırığını verib.