XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2018 - 23:58

Əliməmməd Nuriyevdən maraqlı açıqlamalar:"Ən rasional yanaşmanı Qüdrət Həsənquliyev göstərdi"

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev dünən özünün facebook səhifəsində seçki kampaniyası dövründə prezidentliyə namizədlərdən kimin daha yaxşı performans göstərdiyi haqda rəyini açıqlayıb.

Strateq.az xəbər verir ki, Əliməmməd Nuriyev namizədlər sırasından BAXCP sədri Qüdrət Həsənquliyevi və partiyasını digərlərindən xüsusilə fərqləndirib. O, ilk növbədə, Qüdrət Həsənquliyevin partiyasının – BAXCP-nin seçki kampaniyasının gedişi zamanı YAP-dan sonra ən yaxşı strukturlaşmış təşkilat olduğunu oratya qoyduğuna diqqət çəkib: “Mövcud reallıqda prezidentliyə namizədləyin irəli sürülməsi üçün 40 min imza yığılması kifayət qədər çətin bir işdir. BAXCP bu işin öhdəsindən çox yaxşı gəldi. BAXCP öz sədri üçün imzaları çox asanlıqla və özü yığdı. Bu bir daha göstərdi ki, BAXCP real olaraq ölkədə strukturlaşmış az saylı siyasi təşkilatlardan biridir. Qüdrət Həsənquliyev imza toplaya, kampaniya apara, təşkilatı işləri yüksək səviyyədə həyata keçirə biləcək təşkilat qura bilib. Bu, şişirtmə deyil və bilənlər çox yaxşı bilir ki, reallıqdan da uzaq deyil. YAP istisna olmaqla, namizədlərin heç biri bu cür strukturlaşmış, yüksək fəalyyət qabiliyyətinə malik siyasi təşkilta malik deyil. BAXCP illəri geridə qoyaraq, inkişaf yolu keçib, kompakt və yaxş təşkilatlanmış, çevik idarəetmə qabiliyytinə malik təşkilata çevrilib. Düşünürəm ki, BAXCP hələ öz gücünü göstərəcək”.

Əliməmməd Nuriyevin fikrincə, təkcə BAXCP yox, onun namizədi – Qüdrət Həsənquliyev də hazırki prezidentin opponentləri sırasında ən rasional, populizmdən uzaq, bir az da mühafizəkar yanaşmasıyla seçilib: “Qüdrət Həsənquliyev nə ucuz populizmə getdi, nə qulağa xoş gələn, amma reallaşmağına zərrə qədər də ümid olmayan fikirlər səsləndirdi, nə də ildırımötürən rolunda çıxış etdi. Qüdrət Həsənquliyev rasional çıxışlar edərək, aktual probelmlərin həllinə alternativ baxışı və ən vacibi real yanaşmanı nümayiş etdirdi. Bir siyasətçi üçün populizmə getməkdən çəkinməyin necə çətin olduğunu siyasəti az-çox bilənlər yaxşı dərk edir. Bu, müvəqqəti də olsa, şöhrət, populyarlığa gedən ən asan yoldur. Amma populizmin çox ağır bədəli olur və yaxın tariximizdə bunun şahidi olmuşuq. Qüdrət Həsənquliyev bu yolu getmədi. O, daha çətin, amma hazırda bizim cəmiyyətimiz üçün çox zəruri olan yanaşma seçdi – müzakirə olunan hər mövzu ilə əlaqədar problemlərin həlli haqda real təkliflər vermək; cəmiyyətin və hökumətin diqqətinə bu təklifləri çatdırmaq”.

Əliməmməd Nuriyev hesab edir ki, kampaniya müddətində Qüdrət Həsənquliyev, faktiki olaraq, Azərbaycan cəmiyyətinin, onun passionar sayıla biləcək kəsimində yerl alan rasional düşünə bilənlərin sözçüsü kimi çıxış edib: “Bu prizmadan qiymətləndirsək, Qüdrət Həsənquliyev yetkin, təcrübəli, formalaşmış ənənələrə sadiq, təkamülçü siyasətçi kimi çox yaxşı bilik və bacarıq nümayiş etdiri. Televiziya efirinin verdiyi məhdud imkanlardan yararlanaraq, cəmiyyət və hökuməti daha rasional olmağa çağırdı. Bu təklifləri səsləndirməklə çağırış etdi və mövcud potensiala söykənərək, pozitiv dəyişikliklər, islahatlar üçün zəminlərin necə hazırlana biləcəyi yolunu göstərdi. Düşünürəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq, onun prorqamı, BAXCP-nin siyasi təşkilat kimi performansı milli siyasət təcrübəmizə əhəmiyyətli töhfə olacaq”.