XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

10 Aprel 2018 - 19:37

Partiyaya çevrilən “ReAL” Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etməyəcək” –Ali Məclis üzvü səbəbi açıqladı

“Ötən həftə sonu “Facebook”  vasitəsi ilə qurultay keçirərək, partiya olduğunu elan edən ReAL siyasi təşkilat kimi Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etməyəcək”.

Strateq.az xəbər verir ki, bunu “BBC Azərbaycanca”ya ReAL-ın Ali Məclisinin üzvü Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində onlayn qurultay keçirilməsi hüquqi prosedura daxil edilməyib.

Natiq Cəfərli deyir ki, ölkədə parlament seçkiləri zamanı proporsional sistem olmadığı üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyə də lüzum görmürlər: “Üzvlərimiz majoritar qaydada parlament seçkilərinə qatılacaqlar”.

ReAL rəsmisi deyir ki, partiya kimi formalaşmaq təşkilatın özünə lazım idi: “İstəyirdik, seçkili orqanlar olsun, strukturlaşa bilək”.

Ancaq o, ümid edir ki, Azərbaycanda da onlayn qurultay keçirmək kimi qaydalar hüquqi prosedur kimi tanınacaq və o zaman ReAL artıq formalaşmış təşkilat kimi qeydiyyatdan keçəcək: “İndi bizim heç bir rəsmi qurum qarşısında hesabatlılığımız yoxdur, yalnız üzvlərimiz qarşısında hesabat verəcəyik”.

ReAl Hərəkatı partiya olaraq formalaşdığını və bunu internetlə keçirilən qurultay və səsvermə vasitəsilə etdiyini bazar ertəsi günü bəyan edib.