XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 16:16

“Milyonlarla vətəndaşımız bütün kənar ssenariləri puç etdi…” –Zahid Orucdan seçicilərinə müraciət 
“Azərbaycan insanı haqda ən bədgüman proqnozları verən adamların bütün gözləntilərinin əksinə olaraq, seçim məbədinə gələn milyonlarla vətəndaşımız dövlətin təyin etdiyi mərasimə qatıldı və bütün kənar ssenariləri puç etdi”.
Strateq.az xəbər verir ki, bu sözlər millət vəkili, prezident seçkilərində ikinci çox səs toplayan Zahid Oruc öz seçicilərə ünvanlandığı müraciətdə bildirib.
Onun sözlərinə görə, öz sosial kisəsini deyil, dövlətinin taleyini düşünən, öz şəxsi hikkəsini yox, siyasi xəritədə var olmaq diləyini əsas götürən bacı və qardaşlarımız ən qatı ambisiyalarla yaşayan qüvvələrin arasında münsiflik eləyib hamını öz yerinə qoydu: “Ona görə də xalqın etibarını qazanan hər kəs seçki yekunlarında durduğu sıradan asılı olmayaraq, hər səsin qədrini bilməli, onların etibarını qoruyub saxlamaq üçün xalqına bacardığı xidmətini göstərməlidir”.
Z.Oruc bildirib ki, Ulu öndər ideallarına hər zaman bağlı olan bir insan kimi, Heydər Əliyevin siyasi irsini təmsil etdiyi üçün fəxr edir: “Bizə göstərilən minlərlə səs də şəxsimdən daha çox mənsub olduğum ideallara bağlıdır. Ona görə də deyirəm: Sizə vəfa borcumuzu heç zaman unuda bilmərik. Millət onun qarşısında əyilən başları hər zaman ucaldıb!”.