XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 April 2018 - 17:18

Araz Əlizadədən etiraf:“Xalq arasında nüfuzum yoxdur”

  

Normal, demokratik, şəffaf, azad seçkilər keçdi”.

Bu sözləri Azadlıq radiosuna açıqlamasında Sosial Demokrat Partiyasının sədri, ilkin nəticələrə görə 1.39 faiz səs alan Araz Əlizadə bildirib.

O qeyd edib: “Mənim bütün məntəqələrdə müşahidəçilərim vardı. Pozuntulara rast gəlməmişik”.

A.Əlizadə az səs toplamasının səbəbini belə izah edib: “Yəqin xalq arasında nüfuzum yoxdur”.

“Bu halda növbəti seçkidə iştirak edəcəksinizmi?” sualının cavabında  A.Əlizadə növbəti seçkilərdə 74 yaşının olacağını, bu səbəbdən qatılmayacağını bildirir: “Deyirsiz əlimdə əsa, əsə-əsə seçki kampaniyası aparım?..”.