XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2018 - 17:00

Sabiq YAP-çı deputat Asya Manafova sükutu pozdu:“Bunu heç vaxt başa düşə bilmirəm”  

 

 

Keçmiş deputat Asya Manafova aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı Modern.az-a açıqlama verib.

O, Azərbaycanda keçirilən seçkiləri bu cür dəyərləndirib: “Növbəti 7 il üçün prezident seçilən İlham Əliyevi təbrik edirəm. İlham Əliyev mərhum prezident Heydər Əliyevin yetişdirməsidir. O məktəbi keçib. O biri namizədlər hansı məktəbi keçib ki, özlərini İlham Əliyevə alternativ görürlər?! Bunu heç vaxt başa düşə bilmirəm”.

Asya Manafova bundan sonrakı problemlərdən də danışıb.

“Problemlərimiz var. Bu təkcə Dağlıq Qarabağ məsələsi deyil. Bütün dünyada mövcud olan problemlər bizə də aiddir. Dünyada gedən problemlər Azərbaycandan yan keçmir. Bu, birinci məsələdir. İkinci məsələ isə odur ki, Azərbaycan inkişaf edir və problemlərin həllində hamılıqla iştirak etməliyik. Ona görə də İlham Əliyevə alternativ kimsə yoxdur”.

Qeyd edək ki, Asya Manafova Milli Məclisin 1-ci və 2-ci çağırış deputatı olub. Sonra keçmiş nazir Əli Nağıyevlə birgə Azərbaycanın Belarusdakı səfirliyində çalışıb.