XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

17 Aprel 2018 - 21:28

AXCP sədri Əli Kərimli:“Növbədənkənar parlament seçkilərində iştirak edə bilərik”

“Əgər vəziyyət indiki kimi qalacaqsa, bu şərtlə heç bir seçkidə iştirak etməyəcəyik”.

Strateq.az bildirir ki, bu sözləri AXCP sədri Əli Kərimli “Amerikanın Səsi” radiosuna müsahibəsində növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə məlumatları şərh edərkən bildirib.

Əli Kərimli vurğulayıb ki, AXCP-nin seçkidə iştirak edib-etməməyi konkret olaraq ciddi səbəblərə bağlıdır: “Seçki komissiyalarının tərkibi, ölkədə fundamental azadlıqların olub-olmaması, “Seçki Məcəlləsi”nin seçki kampaniyasına, rəqabətə imkan verib-verməməsi, ölkədə mətbuat azadlığının olub-olmaması – bu faktorlara görə seçkidə iştirak edib-etməməyimizi müəyyənləşdiririk”.

O, AXCP-nin növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı mövqeyini açıqlayıb:“Tələb etdiyimiz seçki islahatları olarsa, əlbəttə ki, seçkilərdə iştirak edə bilərik”.