“Almaniya “erməni soyqırımı”nı tanımalıdır”.
Bunu ümumdünya Yəhudi Konqresinin Almaniya nümayəndəliyinin rəhbəri Yozef Şuster deyib.
Onun sözlərinə görə, guya ermənilərə qarşı bu fəaliyyət Hitlerin yəhudilərə qarşı soyqırımına ilham mənbəyi olub.
Qeyd edək ki, “erməni soyqırımı” yaxınlaşdıqca dünya mətbuatından Türkiyəyə qarşı hücumlar artmağa başlayır. Ankaraya qarşı çıxış edənlərin sırasında Almaniya, İtaliya, Fransa, ABŞ, Rusiya və bir sıra ölkələrin siyasətçiləri yer alıb. Roma Papası Fransiskin “soyqırım” ifadəsini işlətməsi bu ölkələrin Türkiyə əleyhinə fəaliyyətini artırmasına səbəb olub. Hələlik Türkiyəni açıq-aşkar müdafiə edən tək ölkə Azərbaycandır.
Onu da xatırladaq ki, bundan öncə İtaliya mətbuatında yəhudi lobbisinin “soyqırım”ın Amerikada tanınması üçün ermənilərə dəstək verdiyi haqda məlumat yayılmışdı. Rəsmi Təl-Əviv isə “erməni soyqırımı”nı, ümumiyyətlə müzakirəyə çıxarmır(Axar.az).