XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2018 - 18:25

Əliməmməd Nuriyev:“Ramiz Mehdiyev Prezident komandası üçün yüksək standartları diqqətə çatdırır”

 

“Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” məqaləsi son 15 ildə Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili, əldə olunan naliyyətlərin açdığı perspektivlər və qarşıda duran vəzifələrin adekvat dərk olunması baxımından böyük dəyərə malikdir”.

Bu barədə “Sherg.az”-a  “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, hər bir cəmiyyət üçün mövcud imkanların hansı perspektivlər açdığını və resurslara uyğun prioritetlərin müəyyənləşdirilməsi çöx mühümdür: “Ən vacibi isə inkişaf və tərəqqi üçün zəruri olan transformasiyanın, modernləşmə, islahat təşəbbüslərinin obyektiv konseptual əsaslarının işlənib hazırlanmasıdır. Obyektiv təhlilə əsaslanan konsepsiya istənilən islahatların, modernləşmə təşəbbüslərinin özülünü, ideya-nəzəri əsasını təşkil edir. Möhkəm özülü olmayan islahatlar, dəyişikliklər arzuolunan səmərəni verə bilməz. Ramiz Mehdiyevin sözügedən məqaləsi məhz bu kontekstdə qiymətləndirilməlidir. Hörmətli akademik son illərdə Azərbaycanın keçdiyi inkişaf yolunu obyektiv təhlil edərək, perspektivin və gələcək hədəflərin müəyyənləşdirilməsi, mövcud imkanlardan səmərli istifadə olunması üçün fikirlər, müddəalar irəli sürüb. 

Ramiz Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların çox dərin və geniş təhlilini aparıb, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetrilməsi üçün zəminlərin hazırlanması ilə əlaqədar həyata keçirilməli olan tədbirlər barədə fikirlərini qeyd edib. Bu nöqteyi-nəzərdən, “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” məqaləsi həm də praktik fəaliyyətlər üçün bir bələdçidir. Eyni zamanda İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsi nəzərdə tutulan islahatların strateji xarakterini anlamaq üçün çox dərin bir elmi analizdir”.

Ə.Nuriyev onu da əlavə edib ki,  akademik R.Mehdiyev sözügedən məqləsində həm də müdrik dövlət xadimi kimi kadr məsələləri ilə bağlı da fikirlərini və baxışını açıqlayıb: “Müasir dövrümüz ictimai münasibətlərin, proseslərin çox mürəkkəbliyi, sistemli yanaşma tələb etməsi ilə xarakterizə olunur. Bu proseslərin idarə olunması, dövlət mexanizmlərinin, hökumətin müasir çağırışlara uyğun şəkildə işləməsi isə hazırlıqlı, peşəkar kadrlardan ibarət komanda tələb edir. Bu, yalnız professional texnokratların komandası kimi nəzərdən keçirilə bilməz. Dövlət idarəçiliyi həm də, komanda səviyyəsində dəyərlərin, ideya-nəzəri əsasların dərindən əxz edilməsini tələb edir. Dövlət idarəçiliyində, xüsusən miqyaslı islahatlar dövründə komanda ruhu, monolitlik, qarşıya qoyulan vəzifələrin bütün heyət səviyyəsində aydın dərk olunması çox mühüm şərtdir. 

Ramiz Mehdiyev dövlət idarəçiliyində, ölkəmizdə dövlət institutlarının formalaşması və inkişaf etməsində ümumilli lider Heydər Əliyevin ən yaxın silahdaşı kimi əhəmiyyətli rol oynayıb və xidmət göstərib. Onun bu fikirləri yalnız nəzəriyyəyə soykənmir, həm də böyük dövlət adamı kimi təcrübəsinə əsaslanır. Bu baxımdan hörmətli akademikin bu mülahizələri Prezident İlham Əliyevin kadr siyasətinin xüsusiyyələrinin cəmiyyətimiz tərəfindən anlaşılmasına töhfədir. Eyni zamanda prezident komandası üçün irəli sürülən yüksək standartları diqqətə çatdırır”.

Qeyd edək ki, bu günlərdə ölkə mətbuatında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı məqaləsi dərc olunub. Sözügedən məqalədə müxtəlif istiqamətlərə toxunan Administrasiya rəhbəri vurğulayıb ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Akademikin fikrincə, öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol aça bilər.