XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

23 Aprel 2018 - 23:50

“Sərkisyan Qarabağda törətdiyi cinayətlərə görə mühakimə oluna bilər”:Siyasi ekspert

 

“Kütləvi etirazlar nəticəsində istefa verməyə məcbur qalmış Serj Sərkisyanın bundan sonra Ermənistanda qalması yəqin ki, mümkün olmayacaq. Çünki o, Xocalıda, Dağlıq Qarabağda törətdiyi cinayətlərə, o cümlədən Ermənistan parlamentindəki terror aktına və 1 mart hadisələrinə görə həm beynəlxalq tribunalda, həm də ölkə məhkəmələrində mühakimə olunacaq.

Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Sərkisyana qarşı yönələn ittihamlar nəticəsində onun həbs olunması qaçınılmazdır. Serj Sərkisyanın istefasından sonra Ermənistan parlamentinin buraxılması məsələsi də reallaşa bilər.

Bununla yanaşı, Sərkisyan tərəfindən təyin olunan hazırkı prezident Armen Sərkisyanın da dövlət başçısı kimi qalması məsələsinin müzakirə mövzusu olacağını deyən Arzu Nağıyev bildirib ki, bu gün Ermənistanın güc strukturlarındakı mafioz Qarabağ klanının saxlanmasında Armen Sərkisyan Serj Sərkisyanla birgə hərəkət edib. Məhz bunun nəticəsidir ki, əhalinin böyük hissəsi işsizdir və səfalət içində yaşayır. Ermənilərin böyük hissəsi müxtəlif xarici ölkələrdə miqrantdır. Serj Sərkisyanın apardığı siyasətin nəticəsidir ki, Ermənistan iqtisadiyyatı tam olaraq çöküb, ölkə mühüm beynəlxalq layihələrdən kənarda qalıb: Serj Sərkisyan və komandası Ermənistan xalqını 20 ildir ki, Dağlıq Qarabağ kartı ilə girov saxlayırdı. Bunun nəticəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə heç bir siyasi və iqtisadi əlaqələri yoxdur. Hərbi xuntadan yaxasını qurtaran erməni xalqı artıq öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı.