XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2018 - 18:00

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin İşçi Qrupu toplandı –Mitinq qərarı verildi

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun növbəti toplantısı keçirilib.

Strateq.az-ın xəbərinə görə, toplantıda İşçi Qrup öz iş planını təsdiq edib və iş planına uyğun olaraq görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

İlkin müzakirələr nəticəsində qərara alınıb ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı təntənəli yubiley tədbirinin keçiriləcəyi yer kimi Heydər Əliyev Sarayının ayrılması üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilsin.

Bundan başqa, “Məhsul” stadionunda-açıq hava şəraitində kütləvi yubiley tədbirinin-mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi də qərara alınıb.

İclasın sonunda İşçi Qrup əsası 1999-cu ildə Əbülfəz Elçibəy tərəfindən qoyulmuş, 24 aprel – Bütöv Azərbaycan Gənclər günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.