XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

28 Aprel 2018 - 21:25

Məşhur rus hərbi eksperti Felgenhauer:“Rusiyada hərbi çevriliş mümkündür”

Bəzi məlumatlara görə, Rusiya Donbasa hava-desant qoşunlarının iki yeni bölməsini ata bilər ki, Ukrayna ordusunu hücuma təhrik etsin, sonra ona maksimalı ziyan vursun və Luqansk vilayətində hərbi mövqelərini lap yaxşılaşdırsın.

Strateq.az xəbər verir ki, indi Rusiyaya bu cür macəranın gərəkib-gərəkmədiyi haqda Rusiya hərbi icmalçısı Pavel Felgenhauer “Apostrof”a danışıb.

“Əlbəttə, özlüyündə Donbasda daha ciddi hərbi əməliyyatlar imkanı var. Lakin onun birbaşa indi başlayacağına bir qədər şübhə edirəm. Birincisi, hər halda bu cür əməliyyatlar başlanarsa, güman etmirəm ki, bu haqda əvvəlcədən internetdə oxumaq mümkündür. Belə ki, çox ehtimal ki, hazırda nəsə belə bir şey olmayacaq. Döyüş mövqelərinin cüzi yaxşılaşdırılması isə prinsipial və çox da gərəkli məsələ deyil. Ümumiyyətlə isə, əlbəttə, gələcəkdə bəzi problemlər mümkündür. Ola bilsin, indi də. Bütün bunlar istisna deyil. Rusiyanın hərəkəti birinci növbədə saxili siyasi mübarizə ilə şərtlənib. Məsələ tamamilə son həddə yetişib, Rusiyada daxili siyasi gərginlik son illərdə ən yüksək həddə çatıb. Yəqin ki, 2012-ci ildən bəri bu cür kəskinləşmə olmayıb. Əlbəttə, bu, birinci növbədə xarisi siyasətdə əksini tapır – həm Suriyada, həm Ukraynada, həm də Qərblə pisləşən münasibətlərin ümumi fonunda və hətta Ermənistanda böhrana münasibətdə. Bu, xarici siyasətin bütün parametrlərində kəskinləşməyə səbəb ola bilər və olur. Amma bu, daxili siyasi mübarizənin əksidir. Mən hətta Rusiyada hərbi çevrilişi də istisna etmirəm. Ola bilsin, bu, son dərəcə azehtimallı ssenaridir, amma onu tam istisna etmək olmaz.

İki həftədən sonra Rusiyada yeni hökumət olacaq və yəqin ki, tamamilə yeni siyasət mümkündür. (Rusiya siyasətçisi Aleksey) Kudrin müzəffər müsahibələr verir ki, indi o, idarə edəcək. Təbii ki, bu, Rusiyanın “savaş partiyası” üçün o qədər ciddi təhlükədir ki, bundan yayınmaq üçün lap Ukrayna ilə müharibə başlamaq da olar.

Rusiyada “hamının Putini bütün məsələlərdə dəstəklədiyi”, seçkilərin keçirilməsi heç bir rol oynamır. Çünki bizdə demokratiya yoxdur və xalq heç nəyi həll etmir. Hakim elitanın daxilində isə ən kəskin böhran var: adamlar hara qaçacaqlarını, harada gizlənəcəklərini və nələr olacağını bilmirlər”.