XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2018 - 18:42

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi İlqar Məmmədovla görüşüb

 

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Norika Nikolai aprelin 28-də 2 saylı koloniyada REAL Partiyasının lideri İlqar Məmmədovla görüşüb.

Bu barədə partiyanın mətbuat xidməti məlumat verib.

Xatırladaq ki, dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi Strasburq məhkəməsinin İlqar Məmmədovun işi ilə bağlı qərarını icra etməməsinə görə Azərbaycana qarşı prosedura başlayacağını bildirmişdi. O zaman prezidentin xarici məsələlər üzrə köməkçisi Novruz Məmmədov bu qərarı tənqid edərək İ.Məmmədovun şərti olaraq azadlığa buraxılmaq hüququnun olduğunu bildirmişdi.

İ.Məmmədov bəraətverici qərarın çıxarılmasını tələb edib. O deyib ki, bundan sonra Azərbaycana qarşı prosedura son qoyulması xahişilə Avropa Şurasına müraciət edə bilər.

Avropa parlamentinin məruzəçisi N.Nikolae Azərbaycanda şəxsi səfərdədir. Ancaq buna baxmayaraq, Azərbaycanın dövlət başçısı və digər rəsmi şəxslərlə görüşüb. Avropa parlamentinin rəsmi nümayəndə heyəti mayın 6-da Bakıya gəlir və deputatlarla, digər vəzifəli şəxslərlə görüşlər keçirəcək. Bunu Turana məlumatlı diplomatik mənbə bildirib.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü ildə İsmayıllı şəhərində etirazlardan sonra həbs edilib. Sonradan kütləvi iğtişaşların təşkili və polisə müqavimət göstərmək ittihamı ilə 7 il azadlıqdan məhrum edilib.