XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2018 - 16:01

Erməni köşə yazarı:“Ermənistan hökuməti Aprel müharibəsindəki kimi xalqdan gizlənib”

Naira Ayrumyan

Lragir.am, 02.05.2018

 

2016-cı il Aprel müharibəsinin ilk günlərində Ermənistan hökumətinin təmsilçilərini hətta telefonla tapmaq da çətin idi. Məlum oldu ki, hökumət heç gərək də deyil – adamların özləri könüllü yığma dəstələr təşkil edərək cəbhəyə göndərdilər, diasporda və Ermənistanda hərbi texnika və digər zəruri ləvazimat alınan vəsait yığımı başlandı. Bu, xalqın hakimiyyətsizliyin hücumuna qarşı durmaq iqtidarında olan ən yüksək səviyyədə özünütəşkiliydi.

Yalnız iki gündən sonra hücumu dayandırmağa müvəffəq olunduğu və bunu təşkil edənlərin “nəzarətolunmaz” əks-hücuma keçə biləcəyi  aydın olanda hakimiyyət birdən meydana çıxdı. Məlum oldu ki, Yuri Xaçaturov (Ermənistanın o zamankı müdafiə naziri-tərc.) barışıq haqda Rusiya və Aszərbaycanın qərargah rəislərilə anlaşmaya gəlib, Serj Sərkisyan Almaniyaya gedib, baş nazir Ovik Abramyan isə heç hara getməyib.

İndi Ermənistnda yenə də hakimiyyət yoxdur, özünütəşkilin yeni səviyyəsi var. Ölkədə total tətildir, amma həyat öz axarıyla gedir. Baş nazir vəzifəsini icra edən Karen Karapetyandan artrıq iki gündür səs-soraq yoxdur, prezident Armen Sərkisyan arabir barışdırıcı bəyanatlar verir, özünü hakimiyyət adlandıran ERP-dən 56 deputat isə hətta toplantı keçirmək üçün parlamentdə toplaşa da bilmir.

Bununla belə, polis, ordu öz vəzifəsini sözsüz yerinə yetirir, bütün infrastrukturlar işləyir, çörək vaxtında gətirilir, rabitə və elektrik var. Bu – hakimiyyətsizlik deyil. Bu, hakimiyyətin yad cismini xalqdan vurub çıxarmaqdır.