XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 May 2018 - 11:23

Növbədənkənar parlament seçkiləri keçiriləcəkmi? –Şərhlər

 

 Artıq sosial şəbəklərdə bu ilin payızında, konkret olaraq oktyabr ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı müzakirələr getməkdədir.

Oxu.Az-ın xəbərinə görə, bir müddət öncə həm mediada, həm sosial şəbəkələrdə bu yöndə məlumatlar və müzakirələr getsə də, hakim Yeni Azərbaycan Partiyasının (YAP) yetkili şəxsləri tərəfindən bu məsələ təkzib olunmuşdu. Bu mövzunun yenidən gündəmə gəlməsi növbədənkənar parlament seçkilərinin olacağı ehtimalını artırır. YAP-dan olan millət vəkili Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında yayılan məlumatlardan və gedən müzakirələrdən xəbərsiz olduğunu deyib.

“Milli Məclis fəaliyyət göstərir. Deputatlar iş başındadır. Odur ki, bu məsələdən məlumatsızam”, – deyə millət vəkili əlavə edib. Ancaq adının cəkilməsini istəməyən başqa bir iqtidaryönlü millət vəkili növbədənkənar  parlament seçkiləri məsələsini istisna etməyib: “Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözləniləndir və istisna deyil. Amma bunun dəqiq vaxtı ilə bağlı hələlik bir şey söyləmək mümkün deyil.

Bununla belə, növbədənkənar seçkilər məsələsi ortadadır və bundan qaçmaq mümkün deyil”.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycanda növbəti – 6-cı çağırış parlament seçkiləri 2020-ci ilin payızında olacaq. Ancaq onu da qeyd edək ki, prezident seçkilərinin oktyabrdan aprelə çəkilməsi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi məsələsini də gündəmə gətirib.