XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

07 May 2018 - 16:22

Fuad Muradov:“Yaxın müddətdə diaspor sahəsində böyük nəticələr əldə ediləcək”

 

“Bəzi marginal qruplar Azərbaycanın stabilliyinə xələl gətirmək istəyirlər. Azərbaycan dövləti güclü və müstəqildir. Üzümü həmin o marginal qruplara tutaraq deyirəm ki, heç kim müstəqilliyimizi, dövlətçiliyimizi sarsıda bilməz”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Hamını əməkdaşlığa dəvət edən Dövlət Komitəsinin sədri qeyd edib ki, yaxın müddətdə diaspor sahəsində böyük nəticələr əldə ediləcək: “Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildikdən sonra facebook, tvitter üzərindən yüzlərlə məktub almışam. Bu gün diasporda bir canlanma müşahidə olunur. Xaricdə yaşayan azərbaycanlılar üçün bir şüar olmalıdır: “Vətən uzaqda deyil. Vətən sizi gözləyir””.

APA