XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

07 May 2018 - 18:17

Valeh Ələsgərov:“Qarabağ münaqişəsi ona görə yaradılıb ki, ölkə Avropa İttifaqı ilə yaxınlaşa bilməsin”

 

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh əldə edilsə, bunun iqtisadi faydalarının nədən ibarət olacağı ilə bağlı bu sualın cavablandırılmasını istəyərdim”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında iqtisadi əməkdaşlıq və enerji məsələləri mövzusunda çıxış edən Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala bildirib. Hautala Azərbaycanda neft-qaz dönəmindən sonra bərpa edilən enerji mənbələri ilə bağlı planın olub-olmaması ilə də maraqlanıb.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov isə deyib ki, sovet dövründə Dağlıq Qarabağda yaşayan əhalinin sosial vəziyyəti Azərbaycanın digər bölgələrində yaşayan insanların və Ermənistan əhalisinin vəziyyətindən yaxşı olub: “Əgər bu gün Dağlıq Qarabağ əhalisi Azərbaycana qarşı çıxmasaydı, həyat səviyyələri bundan yüksək olardı. Bir məqamı da qeyd edim. Dağlıq Qarabağ adlı oyuncaq qurumun seçki komissiyası elan etmişdi ki, 41 min seçici var. Ancaq sonra elan edilib ki, 44 min hərbçinin iştirakı ilə hərbi təlim keçirilir. Bu, necə ola bilər?”.  V.Ələsgərov qeyd edib ki, postsovet məkanında mövcud münaqişələrdə böyük oyunçular var: “Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Donetsk münaqişələri niyə yaranıb? Bu münaqişələr ona görə yaradılıb ki, bu ölkələr Avropa İttifaqı və digər qurumlarla yaxınlaşa bilməsin. Bu münaqişələrlə Gürcüstanı, Ukraynanı Avropa İttifaqına qəbul edə bilərlər?”.