XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

11 May 2018 - 09:39

Politoloq Ərəstun Oruclu:“Bu şəraitdə Azərbaycan ABŞ üçün ciddi əhəmiyyət kəsb eləmir”

ABŞ-ın Azərbaycana səfir təyinatını gecikdirməsi Vaşinqtonda bu gün Azərbaycan haqqında demək olar heç bir konkret siyasət və ya onun konturlarının görünməməsi ilə bağlıdır”.

Bu sözləri “Turan”a müsahibəsində politoloq Ərəstun Oruclu Bakıya təyinatın gecikməsi ilə bağlı məsələni şərh edərkən bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun bugünkü siyasətində bu məsələlər demək olar ki, prioritet sayılmır: “Nəinki Azərbaycan, heç bir ölkəyə münasibətdə. Bu gün görünən məqamlardan biri də budur ki, ABŞ-ın xarici siyasəti daha çox Yaxın Şərqə köklənib və anti-İran çalarların güclənməsinə doğru gedir”.

Ə.Oruclu qeyd edib ki, ABŞ-ın Avropadakı tərəfdaşları ilə münasibətlərində kifayət qədər dərin ziddiyyətlər var: “ABŞ önəmli müttəfiqi olan Avropa Birliyini ya uzaqlaşdırıb, ya da itirib deyə bilərik. Əgər Avropa ilə münasibətlər bu səviyyədədirsə, deməli, belə olan şəraitdə Azərbaycan ABŞ üçün ümumiyyətlə, ciddi əhəmiyyət kəsb eləmir. Səfirin kim olacağından asılı olmayaraq, artıq Azərbaycanda bütün o şanslar itirilib. Bundan sonra ABŞ səfiri kim olur-olsun, istər lap dövlət katibinin özü gəlib orada otursun, təsir vasitələri yoxdur”.