XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

13 May 2018 - 16:41

Milli Məclisin deputatları Gürcüstana gedib –Azərbaycan icması ilə görüş keçiriblər

 Milli Məclisin deputat qrupunun Gürcüstana səfəri başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılıq etdiyi deputat qrupu azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yerli icma ilə görüş keçirib.

Görüşdə Azərbaycan icmasını təhsil və digər sahələrdə narahat edən məsələlər barədə müzakirə aparılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Tamaz Naveriani və digər rəsmi şəxslər də görüşdə iştirak edib.

Qeyd edək ki, azərbaycanlı deputatlar Gürcüstana səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.