XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

15 May 2018 - 12:17

“İşğal faktı insan hüquqlarının həyata keçirilməsində əsas maneələrdən biridir” –Nazir müavini

“Azərbaycan torpaqlarının işğalı insan hüquqlarının həyata keçirilməsində əsas maneələrdən biridir”.

Bunu xarici işlər nazirinin müavini Xələf XələfovCenevrədə İnsan Hüquqları Şurasının 30-cu iclasında Universal Dövri Hesabat çərçivəsində Azərbaycanla bağlı hesabatın müzakirəsi zamanı deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktları azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulmasına və işğal olunmuş ərazilərdə etnik təmizləmələrin aparılmasına gətirib çıxarıb.

X.Xələfov vurğulayıb ki, bu işğal amili qaçqın və məcburi köçkünlərin hüquqlarını həyata keçirməsinə imkanı vermir, beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır/Report.