XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2018 - 17:55

Səməd Seyidov:“Necə ola bilər ki, AŞPA-da Ermənistanla bağlı müsbət məruzələr hazırlanır?”

“Ermənistanda baş verənlərin səbəbi cəmiyyətdəki korrupsiyadır, qanunun alilliyinin olmaması, siyasi məhbusların mövcudluğudur. Necə ola bilər ki, AŞPA-da Ermənistanla bağlı müsbət məruzələr hazırlanır?”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi mətbuat konfransında AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan tənqid edilir və bunu edənlərin məqsədi Azərbaycanın inkişafına əngəl olmaqdır: “İstəyirlər ki, Azərbaycanı daimi qınağa məruz qoysunlar. Biz buna qarşı mübarizə aparacağıq. Azərbaycanın mövqeyi regionda sabitliyin əsasını təşkil edir. Avropa Şurası meydan kimi mütləq istifadə olunmalıdır. Mətbuatda yazılmışdı ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumdan çıxarılıb. Bu, mümkün deyil”.

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, AŞPA-da Türkiyəyə qarşı da qərəzli davranılır: “Həm Türkiyə, həm də Azərbaycan birgə işləməlidir”.