XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

18 May 2018 - 13:36

Qüdrət Həsənquliyev büdcəni talayan məmurların həbsini tələb etdi:“Pulu qaytarması həmin şəxsi məsuliyyətdən azad etmir”

 

“Hesabalama Palatasının hesabatında uğurlu addımların atıldığı görünür. Lakin son nəticə ürəkaçan deyil. Çünki bizdə büdcə vəsaitləri ilə işləyən vəzifəli şəxslər elə hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmadan istifadə edə bilərlər”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə Hesablama Palatasının 2017-ci ilə dair hesabatına münasibət bildirən deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir.

“Həmin şəxslər hesab edir ki, digər nəzarətedici orqanlar tərəfindən aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad ediləcəklər. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya intizam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir. Bugünkü hesabatda da büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər var. Lakin həmin təkliflərin hansı hissəsi nəzərə alınır? Bunlar parlamentin müvafiq komitəslərində müzakirəyə çıxarılmalıdır. Növbəti hesabatlarda Palata bizə verdiyi təkliflərin neçəsinin parlament, hökumət tərəfindən nəzərə alındığını açıqlamalıdır”.