XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

18 May 2018 - 19:11

Siyavuş Novruzov AŞPA-dakı sanksiya qalmaqalından danışdı:“Burada qəbahət olan nədir?”

 

“Olmayan məsələləri Azərabycan nümayəndə heyətinin üzərinə yazırlar. Bunlar böhtan xarakterlidir”.

“Report” xəbər verir ki, bunu Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

“İslam dinində buyurulur ki, insanlardan malınızı, dövlətinizi əsirgəməyin. Biz də nə edirik ki? Əsirgəmirik. Hesab edirəm ki, bu istiqamətdə də işimizi davam etdirməliyik. Ölkəmizin maraqlarını təmsil etməliyik. Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir? ABŞ və digər ölkələrdə hətta, lobbiçiliklə bağlı qanunlar da var” – S.Novruzov əlavə edib.