XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 May 2018 - 15:12

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin  görüşü ilə bağlı heç bir razılaşma yoxdur”-Yerevandan açıqlama

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı heç bir razılaşma yoxdur”

Strateq.az bildirir ki, bu sözləri Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan bu gün keçirdiyi bifinqdə deyib.  Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu iyun ayında Yerevana gələcək və yeni rəhbərliklə görüşəcək. Səfər tarixi hazırda dəqiqləşdirilir: “Ermənistanın mövqeyi dəyişməyib. Biz hesab edirik ki, Qarabağ münaqişəsi Minsk Qrupunun təklifləri əsasında sülh yolu ilə həll olunmalıdır”.

Balayan ərazi mübadilələri haqqında deyilənləri təkzib edib.